“Körpəm niyə ağlayır?” Yəqin ki, bütün valideynlər müəyyən mərhələdə bu sual qarşısında aciz qalıblar. Bəs körpəmizin niyə ağladığına dair bizə cavab verəcək kiçik bir cihaz olsaydı, necə olardı?
Artıq bu da realdır. CES 2023 sərgisində iştirak edən Tayvan firması süni intellektlə işləyən "ağlayan körpə tərcüməçisi"ni nümayiş etdirib.
Rahatlıqla körpənin beşiyinə quraşdırıla bilən cihaz “Q-bear”ın patentləşdirilmiş texnologiyasından istifadə edərək, körpənin ağlamasını təhlil edir və "bədbəxtlik indeksi"nə daxil olan dörd ehtiyacdan birini təklif edir: aclıq, çirkli bez, yuxululuq, qayğıya ehtiyac. “Q-bear”ın tərcüməsi körpənin ağlamağından 10 saniyə sonra başlayır.
Şirkət cihazın istifadə olunduqca daha dəqiq tərcümə etdiyini bildirib.
“Q-bear”, həmçinin sağlamlıq məlumatlarını qeyd edə, körpənin nə qədər yuxulu və ya rahat olduğunu müəyyən edə, hətta sakitləşdirici musiqi çala bilir. Məsələn, cihaz lay-lay və ya ana bətnindəki səsi səsləndirə bilir, körpənin ağlaması yorğunluq əlamətləri göstərərsə, yuxuya kömək edən işıq yaya bilir. Bundan əlavə ətrafı tam rəngli gecə lampası kimi işıqlandıra da bilir.
Valideynlər, həmçinin “Q-bear” cihazına öz səslərini də yaza, fərqli musiqilər yükləyə bilərlər.
Cihazın proqramı istifadəçilərə uşaq bezi ehtiyatını yoxlamağa kömək edir, həmçinin körpənin uşaq bezini dəyişdirməyin vaxtı gəldiyinə qərar verərsə, bildiriş də göndərə bilir.
Qeyd olunanlarla yanaşı körpələrin təbii ünsiyyəti yeni kəşf etməyə başladıqları üçün sadəcə valideynləri ilə bir az vaxt keçirmək və ya mühiti dəyişmək üçün ağladıqları barədə ehtimalların ola biləcəyi də qeyd edilib.
Aləmdə Nəsib. Bizim Media