2022-ci ildə ən çox axtarılan azərbaycanlı qadınlar - SİYAHI

Hazırda oxunan: 2022-ci ildə ən çox axtarılan azərbaycanlı qadınlar - SİYAHI

113163

Son günlərini yaşadığımız 2022-ci il hər kəsin həyatında bir iz buraxıb. Kimisi üçün xoş, kimisi üçünsə kədərli olan bu izlər yəqin ki, uzun müddət yaddaşlarımızdan silinmiyəcək. 

2022-ci il bəzi insanlar üçünsə sadəcə qorxunc bir röya oldu. Belə adamların arasında çox təəssüf ki, qadınlar da var. O qadınlar ki, törətdikləri cinayətə görə polis tərəfindən ilboyu axtarılıb. 

Bəs, 2022-ci ildə polisin axtardığı “məşhur” qadınlar kimlərdir?

1. Nəsirli Jalə Miriş qızı. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

2. Məlikova Xalidə Sərvərovna. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarış elan edilən Xalidə Məlikova isə dələduzluğu külli miqdarda ziyan vurmaqla törədib.

3. Kərimova Ellada Manned qızı. Onun barəsində Cinayət  Məcəlləsinin  178.2.2-ci maddəsi  ilə axtarış elan edilib. Ellada Kərimova dələduzluğu təkrar törədib.

4. Əsgərova Əfsanə Qəhrəman qızı. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarış elan edilən Əfsanə Əsgərova isə qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunur.

5. Veronika Karmakova Nikolayevna. Veronika Kərimova barəsində isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə axtarış elan edilib. Qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə ittiham olunan qadın, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə də axtarışdadır. 

6. Tarusova Lyudmila Borisovna. Barəsində Cinayət Məcəlləsinin 179.3.2., 324, 312.1-ci maddələri ilə axtarış elan edilən Lyudmila Tarusova külli miqdarda mənimsəmədə, Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlərdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur. 

7. Hacıyeva Gülnarə Zakir qızı. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

8. Əlieyeva Nadejda Qriqoryevna. Barəsində Cinayət Məcəlləsinin 178.2.1, 320.1-ci maddələri ilə axtarış elan edilən Nadejda, dələduzluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə və rəsmi sənədi saxtalaşdırmada ittiham olunur.

9. Abdullayeva Hicranə Rəcəb qızı. Barəsində Cinayət Məcəlləsinin 144.1.2.2 - ci maddəsi ilə axtarış elan edilən qadın insan alverində ittiham olunur. O, bu əməli təkrar törədib.

10. Fərzəliyeva Xalidə Əli qızı. Barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə axtarış elan edilən Xalidə Fərzəliyeva da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmada ittiham olunur. 

11. Əkbərova Lalə Vilayət qızı. Barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-cü maddələri ilə axtarış elan edilən Lalə Əkbərova insan alverində ittiham olunur.  

12. Dərvişova Həmidə Həmid qızı. Barəsində Cinayət Məcəlləsinin 234.1, 234.4-cü maddələri ilə axtarış elan edilən Həmidə Dərvişova isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin