Bakıda evdə 4 meyitin tapılması ilə bağlı Baş Prokurorluq MƏLUMAT YAYDI   

Hazırda oxunan: Bakıda evdə 4 meyitin tapılması ilə bağlı Baş Prokurorluq MƏLUMAT YAYDI   

113153

Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfərin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

12.23***

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb. 

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bu barədə bildirilib. Hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin