Evlənməyin yaşı açıqlandı – Mütəxəssis rəyi

Hazırda oxunan: Evlənməyin yaşı açıqlandı – Mütəxəssis rəyi

11310

Erkən nikahlar hələ də cəmiyyət üçün aktual problem olaraq qalmaqdadır.  Statistika göstərir ki, vaxtından tez ailə qurmaq bir sıra fəsadlara yol açır.

Bəs ailə qurmaq üçün ən uyğun yaş həddi neçədir?

Bizim.Media-nın məlumatına görə, psixoloq Sürəyya Bayramovanın fikrincə nikaha daxil olmaq üçün ilk növbədə insan həm psixoloji, həm fizioloji, həm də maddi baxımdan hazır olmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Evlilikdən əvvəl birgə yaşayışa necə baxırsınız? – Gənclər daha mühafizakar çıxdı - VİDEO


“Bu 20 yaşında da ola bilər, 30-40 yaşında da. Məsuliyyət dərk etməyən insan evlənmək xatirinə qətiyyən ailə qurmamalıdır. Çünki belə olduğu müddətdə qarşı tərəfi də bədbəxt etmiş olur”.

Psixoloq hesab edir ki, nikah üçün ən münasib dövrü qadınlarda 22-24, kişilərdə isə 26-28 yaş aralığıdır:

“Gənclərin çox hissəsi bəzən heç evlənmək haqda düşünmürlər, karyera qurmaq istəyirlər. 25-26 yaşdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Əvvəllər bu yaşda daha çox kişilər evlənirdilər. İndi kişilər üçün evlənmə yaşı 30-a qalxıb. Bu proses yavaş-yavaş artmağa doğru gedir”. 

Mütəxəssis evliliklə bağlı valideynlərin təzyiqini, israrını da doğru saymır. Qərarı ilk növbədə nikaha daxil olan tərəflər verməlidir:

“Hazırkı dövrdə evliliyə can atan ali təhsil ala bilməyən və yaxud da ali təhsil alsalar belə, uğur qazana bilməyən qızlardır. Hər kəsə şamil deyil, amma çoxluq belədir. Bəzən ailədaxili münaqişələr o qədər pis olur ki, gənc qızlar çıxış yolunu evdən qaçıb ərə getməkdə görür”.

Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Şəfəq Məmmədovanın sözlərinə görə, "Qadınların fiziologiyası və anatomik quruluşu etibarı ilə hamiləlik üçün yumurtalıq funksiyalarının ən məhsuldar dövrü 20-32 yaş hesab edilir:

“Bəzən erkən nikahlar nəticəsində bu yaşdan aşağı xanımların hamiləliyi bir çox təhlükələrə yol açır. 

 

Yaranan fəsadlar göstərir ki, azyaşlı xanımlarda inkişaf gecikdiyi üçün, embrionun uşaqlıqda inkişaf edə biləcəyi bir şərait olmadığı üçün düşmə, ya da döldə inkişaf problemləri olur. Doğuş qabiliyyətinə təsir edəcək hansısa bir problem olmadığı halda 35 yaşına kimi hamilə qala bilər.


Qadinlarda ən sağlam uşaq doğmaq imkanı təxminən 22-28 yaş aralığındadır. Bu aralıqda uşağın daha sağlam və ağıllı olmaq imkanı yüksəkdir.

Qadınlara nisbətən kişilərdə belə problemlər olmadığı halda övlad sahibi olmaq üçün məhsuldar yaş dövrü 25-35 yaş aralığı əsas götürülür. 

Odur ki, sağlam uşaq dünyaya gətirmək istəyən hər qadın və kişi psixoloji, fizioloji baxımdan hamiləlik üçün düzgün yaş aralığını bilməlidir".

Mütəxəssislərin fikirncə, evlənməyə nə tələsmək, nə də gecikmək olmaz. Hər şey öz vaxtında gözəldir.

Gül Qədirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin