Bakının Mərkəzi Parkından FOTOREPORTAJ

Hazırda oxunan: Bakının Mərkəzi Parkından FOTOREPORTAJ

113080

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışını edib.

Bizim.Media xatırladır ki, park Bakının Yasamal rayonu ərazisində yerləşir. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir.

Qeyd edək ki, orijinal layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastrukturlar yaradılıb, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park ərsəyə gəlib.

Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də istifadəyə verilib.

Növbəti mərhələdə isə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsi 6,4 hektar ərazidə salınıb.
Parkın ərazisində 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Eyni zamanda, müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.

Burada iki istirahət və oyun meydançası da var. Meydançalar həm uşaqlar, həm də böyüklərin istirahəti üçün nəzərdə tutulub. İstirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib. Mərkəzi Parkın ərazisində iki kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün dayanacaq da fəaliyyət göstərəcək.

Beləliklə, keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb.

Park 5,4 kilometr uzunluğunda piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 537 avtomobil üçün açıq və qapalı dayanacaqlardan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Yeni il bayramı günlərində paytaxt sakinləri və qonaqlar parkda mənalı istirahət ediblər. Xüsusilə oyun meydançalarında uşaqların əylənməsi, idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Bakıda ən böyük ikinci yolka Mərkəzi Parkda quraşdırılıb.

AZƏRTAC-ın hazırladığı fotoreportajı təqdim edirik.

Bizim.Media






















 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin