“2022-ci ildə ərzində ordumuz bir neçə dəfə düşmən təxribatlarına layiqli cavab verməklə həm Ermənistanla sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə mövqelərini bir qədər də möhkəmləndirdi”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Belə ki, 2022-ci ildə hərbi sahədə əldə etdiyimiz uğurları şərh edən ekspert qeyd edib ki, sentyabrın 13-dən 14-ə keçən gecə baş verən düşmən təxribatları miqyasına görə digərlərindən fərqlənirdi:
“Sadəcə 7 saat davam edən gecə döyüşlərində ordumuz düşmənin 600-dək canlı qüvvəsini zərərsizləşdirdi. Eyni zamanda qüvvələrimiz 11 yüksəklikdə və 74 mövqedə möhkəmlənə bildi.
Hazırda biz Murovdan Araz çayının sahilinə qədər Ermənistan ərazisində yerləşən tarixi torpaqlarımız üzərində kifayət qədər geniş müşahidə və atəş nəzarəti əldə etmişik.
Nəzarətimizdə olan strateji yüksəkliklər və yeni mövqelər gələcəkdə bizə düşmənin mümkün manevrlərinin məhdudlaşdırmağa, növbəti təxribatların dəf olunmasında isə əməliyyat üstünlüyünün təmin edilməsinə imkan verir”.
Ədalət Verdiyev 2022-ci ildə ordu quruculuğu və hərbi sənayemizin inkişafı istiqamətində qazanılan uğurlara da diqqət çəkir:
“Türkiyə ordusu modelinin qurulması yönündə kifayət qədər ciddi addımlar atılıb. Bu proses aktiv fazadadır. Yəqin ki, yaxın iki il ərzində türk ordu modelinə keçid prosesinin tamamlanmasını gözləyirik.
Eyni zamanda 2022-ci ildə bir sıra müttəfiq dövlətlərlə birgə təlimlərə üstünlük verildi. Regionda mövcud olan təhdidlərin birgə aradan qaldırılması üçün mümkün ssenariləri təlimlərdə sınaqdan keçiririk. Mümkün təhdidlərin qarşısının alınması, qarşılıqlı əlaqənin təşkili prioritet təlim hərəkətləri içərisində yer alır.
Müdafiə sənayesi sahəsində də müəyyən uğurlar əldə etmişik. Bunları o qədər də böyük uğurlar adlandırmaq doğru olmazdı. Lakin müyyən qədər Türkiyə ilə ortaq layihələrin həyata keçirilməsi istiqamətində müəyyən planlar, müqavilələr artıq mövcuddur. Bunlardan ən önəmlisi isə Türkiyənin “Baykar” şirkətinin Azərbaycanda qeydiyyatdan keçməsi ilə bağlıdır.
Hesab edirəm ki, biz müdafiə sənayesi sahəsində daha çox işlər görməliyik. Yerli istehsal olan və ixrac qabiliyyətinə malik silah sistemlərinin dünya bazarına təqdim etməliyik. Vətən müharibəsindəki qələbəmiz bunun üçün geniş imkanlar yaradıb. Çünki qalib ölkənin istehsal etdiyi silahlar dünya bazarında daha böyük rəğbətlə qarşılana bilər. Buna görə də, silah sənayemizin inkişafı istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 05.01.2023
2022-ci ildə qazandığımız HƏRBİ UĞURLAR – Ədalət Verdiyevin ŞƏRHİ
Hazırda oxunan: 2022-ci ildə qazandığımız HƏRBİ UĞURLAR – Ədalət Verdiyevin ŞƏRHİ
Hazırda oxunan: 2022-ci ildə qazandığımız HƏRBİ UĞURLAR – Ədalət Verdiyevin ŞƏRHİ
113045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.