Naftalanda 64 yaşlı sanatoriya sahibi özünü GÜLLƏLƏDİ 

Hazırda oxunan: Naftalanda 64 yaşlı sanatoriya sahibi özünü GÜLLƏLƏDİ 

113035

Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Məlum olub ki, özünü güllələyən 1959-cu il təvəllüdlü Firuz Qocayev Naftalan şəhərində fəaliyət göstərən sanatoriyaların birinin sahibi olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya  bildirib ki, hadisədən xəbər tutan polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, Firuz Qocayev ov tüfəngi ilə intihar edib. Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin