Toppuş bacının vəziyyəti AĞIRLAŞIB: "10 gündür ki, yataqdayam" - ÖZƏL

Hazırda oxunan: Toppuş bacının vəziyyəti AĞIRLAŞIB: "10 gündür ki, yataqdayam" - ÖZƏL

113032

"Səhhətim bu aralar çox ağırlaşıb. Xəstəxanada yatdım".

Bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Səhhəti gözlənilmədən pisləşən sənətçi bildirib ki, ağciyərlərinə su gəlib:

"Bir neçə gündür ki, ağ ciyərimə və ayaqlarıma su yığılıb. Həkimlərin səyi nəticəsində ağ ciyərlərimdən suyu qurutdular. Hələki səhhətim stabildi. Hazırda evdə müalicə alıram. Bir neçə gündən sonra Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsinə gedəcəyəm. Ondan sonra səhhətimin nə vəziyyətdə olduğunu tam açıqlaya biləcəyəm. MRT olmadan heç bir söz deyə bilmirəm".

Səsini tamami ilə itirən Tünzalə on gündür ki, yataq xəstəsi olduğunu açıqlayıb:

"Sağalmaq üçün maddi yardıma ehtiyacım var. 10 gündür ki, yataqdayam. Ayağa dura bilmirəm. Səsim haqda həkimlərin mənə söylədikləri budur ki, heç zaman geri qayıtmayacaq nə də ki açılmayacaq. Amma Allahdan ümidimi üzmürəm. Ayağa qalxa bilsəm səsimlə bağlı bəzi məşğələlərə gedərəm. İndi hazırda yataq xəstəsiyəm".

Aktrisa həmçinin söyləyib ki, iki doza "Ağıllı dərman" adlı preparatı qəbul etdikdən sonra səhhəti ağırlaşıb. Bu səbəbdən üçüncu dozanın qəbulunu hələlik dayandırıb:

"Ağıllı dərman" preparatının cəmi 2 dozasını qəbul etmişəm. 2-ci dozadan sonra səhhətim ağırlaşdı deyə, 3-cü dozaya biraz zaman verdik. Ümumi olaraq isə hələ 10 ədəd preparat vurulmalıdır".

Ümumi olaraq 26 min manat pul yığdığını söyləyən Toppuş bacı hələ də maddi yardıma ehtiyac olduğunu dilə gətirib: 

"Topladığım vəsait təbii ki, çatmır. Çünki evdə həddən artıq iynələr, sistemlər vurdururam. Amma yenə də Allaha pənah! Ümidimi üzmürəm. Bəlkə kimsə yenə maddi yardım edəcək. 16 min manat xalq yığdı. 10 min manat isə "Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev göndərdi. Ona çox minnətdaram".

"TikTok" sosial şəbəkə vasitəsi ilə xalqdan köməklik istəyən Əməkdar artist əlavə edib ki, kimlərsə onun hesabını şikayət edərək, bağlatdırıb:

"Əvvəl "TikTok" sosial şəbəkə platformasında canlı yayımlar açıb xalqdan komək istəyib müəyyən pulu yığa bilirdim. Kimsə şikayət edib, 10 gündür ki, orada olan səhifəmdə bağlanıb"

Müsahibəsinin sonunda Tünzalə Əliyeva bir daha bütün xalqa redaksiyamız vasitəsi ilə səslənərək, maddi yardıma ehtiyacı olduğunu və imkanlı şəxslərdən ona kömək etmələrini xahiş edib. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin