Gəncə-Qazax iqtisadi rayonunda fermerlərin aqrar məsləhət xidmətləri ilə təminatının yaxşılaşdırılması üçün pilot layihə başlayır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ölkəmizdə həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Gəncədə regional ofis açıb.
MÖVZU İLƏ BAĞLI:
Nar bağlarının hər hektarına 5000, zeytuna isə 4900 manat ödəniləcək
Bizim.Media-ya FAO-dan verilən məlumata görə, Avropa Ittifaqının maliyyələşdirdiyi bu layihə Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə 5 illik strategiya hazırlanması ilə yanaşı, 2 pilot regionda – Gəncə və Qubada pilot fəaliyyətlər icra edilməsini nəzərdə tutur.
Gəncə regional ofisin təqdimatında layihənin milli koordinatoru Vüqar Bəşirov bu strategiyanın kənd təsərrüfatı sahəsində təhsil müəssisələri və tədqiqat institutları, münbit torpaqlar və tərəvəzçilik sahəsinin inkişafı regionun üstünlükləri kimi qeyd edib.
Bildirilib ki, layihənin icrası ilə əlaqədar müzakirələrə başlanılacaq. Regionda 2 icma (kənd və bələdiyyə) seçilərək, pilot fəaliyyətlər o icmalarda tətbiq ediləcək.
Bizim.Media