NATO-nun iclasında əsas mövzu Ukrayna müharibəsi OLACAQ  

Hazırda oxunan: NATO-nun iclasında əsas mövzu Ukrayna müharibəsi OLACAQ  

112849

NATO-nun iclasında Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri Ukraynadakı müharibə və Kiyevə yardımın davam etdirilməsini müzakirə edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının yayılan bəyanatında deyilib. 

Bildirilib ki, məsələ yanvarın 18-19-da Brüsseldə baş tutacaq NATO-nun Hərbi Komitəsinin iclasında diqqət Ukraynada davam edən müharibənin ilkin müşahidələrinə, həmçinin NATO-nun Əsas Müharibə Konsepsiyası və Qüvvələrin İnkişaf Proqramının həyata keçirilməsinin sürətləndirilməsinə yönəldiləcək. 
Həmçinin bildirilib ki, iclasda NATO-nun 30 ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə yanaşı, İsveç və Finlandiyadan olan həmkarları da iştirak edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin