Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci il üzrə strateji hədəflərini hazırlayıb.
Bizim.Media-nın məlumatına görə, bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.
MÖVZU İLƏ BAĞLI:
Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
O bildirib ki, cari ildə sahibkarlara 130 mln. manat güzəştli kredit verilməsi ilə yanaşı, pandemiyadan zərərçəkən iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 mln. manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 mln. manat məbləğində dövlət zəmanətinin və 58 mln. manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 mln. manat vəsaitin verilməsi proqnozlaşdırılır.
Bizim.Media