Hələ qış fasiləsi başlamamış “Neftçi”dən ayrılan seneqallı futbolçu Mamadu Mbocun karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlər var idi.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, futbolçuya “Sumqayıt” və “Səbail” maraq göstərsə də o, “Zirə” ilə razılığa gəlib.
MÖVZU İLƏ BAĞLI:
“Sabah” “Real”ın keçmiş futbolçusunu transfer edir - ÖZƏL
Bunun səbəbi mərkəz müdafiəçisinin ödənişli futbolçu olmasıdır.
“Zirə” isə Mbocun istədiyi məbləği ödəməyə razı olub. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Qeyd edək ki, Mamadu Mboc 2019-cu ildə “Jalgiris” klubundan “Neftçi”yə keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media