Fevralın 8-də Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqləri Hümbətov Fəhmin Zaur oğluna və Əliyev Hafiz Samir oğluna, Saatlı Rayon Məhkəməsinin hakimi təyin edilmiş Biləsuvar rayon prokurorunun böyük köməkçisi Sadıqov Mirlətif Süleyman oğluna və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Səfərli Cavid Şamil oğluna Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 09.02.2021
Baş Prokuror hakimlərə Fəxri fərman verdi - FOTOLAR
Hazırda oxunan: Baş Prokuror hakimlərə Fəxri fərman verdi - FOTOLAR
Hazırda oxunan: Baş Prokuror hakimlərə Fəxri fərman verdi - FOTOLAR
11273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.