Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit ayrılacaq

Hazırda oxunan: Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit ayrılacaq

11271

Azərbaycanda ötən il güzəştli kreditlərin məbləği 127 mln. manat təşkil edirdisə, cari ilə bu rəqəmin 130 mln. manat  olacağı hədəflənir.

Bizim.Media-nın məlumatına görə, bunu Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Kənan Nəcəfov onlayn mətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, bu il qeyri-neft sahəsinin əksər sektorları ilə yanaşı elektron ticarətin, tikinti sektorunun, dağ mədəni, logistika və sərnişindaşıma, rəqəmsal bizneslərin və digər sahələrin inkişafına da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur.

"Zəmanət və subsidiyaya gəldikdə, pandemik sahələr üçün, burada bizim hədəfimiz odur ki, 370 mln. manatı məbləğində bank kreditlərinin verilməsini mümkün edək. ", - deyə K. Nəcəfov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin