Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu, bu gündən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" yeni qanunda əksini tapıb.
Qeyd edilib ki, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.
Reyestr Azərbaycanın informasiya ehtiyatıdır.
Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:58 / 01.01.2023
Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq
Hazırda oxunan: Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq
Hazırda oxunan: Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq
112676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.