“İlham Əliyevlə görüşməkdən məmnun oldum” - Britaniyalı nazir 

Hazırda oxunan: “İlham Əliyevlə görüşməkdən məmnun oldum” - Britaniyalı nazir 

11266

“Sıx əlaqələrimizi və Qafqazda sülh və sabitliyə sadiqliyimizi təsdiqləmək üçün Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum”.

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton tvitter hesabında yazıb.

Britaniyalı nazir ölkəsi ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığı da vurğulayıb:

“Ölkələrimiz uzun müddətli enerji tərəfdaşlarıdır və biz Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırıq”, - deyə britaniyalı nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin