Şairə Nazilə Səfərli həyat yoldaşı ilə birlikdə Yeni il axşamı oğlunun ailəsinə baş çəkib.
Bizim.Media xəbər verir ki, övladı Nurlanın evində qonaq olan sənətçi gəlini Nuranənin açdığı Yeni il süfrəsininin görüntüsünü çəkərək, izləyiciləri ilə bölüşüb.
Gəlininin bişirdiyi döşəməli plova Nazilə "Nuranə bunu sən bişirmisən? Həqiqətən?" sözlərini deyib. Anasının bu sözlərinə isə Nurlan soyadını dilinə gətirərək, "Vorzakon"durlar deyib.
N.Səfərli həyat yoldaşı ilə oğlunun evində lentə alınan şəklinə "Gəlin evində Yeni İl qonaqlığı ayrı gözəl olurmuş. Başınıza gəlsin" şərhini yazıb.
Qeyd edək ki, N.Səfərlinin oğlu Nurlan bu il may ayının doqquzunda Nuranə adlı məmur xanımla ailə qurub. Şairənin Turan adında daha bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2022/12/31/1672510956_nazile2.jpg)