BAYRAM HİYLƏSİ - “Birini alana, biri hədiyyə” kampaniyasının arxasında nə gizlənir?

Hazırda oxunan: BAYRAM HİYLƏSİ - “Birini alana, biri hədiyyə” kampaniyasının arxasında nə gizlənir?

112588

Bayram yaxınlaşanda hər yeri endirim təklifləri bəzəyir. Diqqət çəkən bu posterlərin elə özü insanı alış-verişə sövq edir. Bir tərəfdən də bayram sevinci, başqalarını sevindirmək istəyi insanı nəsə almaq üçün hərəkətə keçməyə şövqləndirir.

Bu halda isə bəzən ehtiyacımız olanlarla yanaşı, xeyli sayda olmayanları da alırıq. Hətta bəzən “ikisini alana, biri hədiyyə” cümləsi o qədər manipulyasiya edir ki, “alım, lazım olar” fikri ilə birinə ehtiyacın varsa, ikisini də alırsan ki, üçüncü hədiyyə olsun. 
Bu, geyim, texniki avadanlıqlar üçün keçərli olduğu kimi ərzaq məhsullarında da işə yarayan üsuldur. Bayram endirimlərində evə həmişəkindən qat-qat artıq bazarlıq edir, “alım, lazım olar” deyib xeyli pul xərcləyirik. Əgər ehtiyacımız olmayan bir şey belə alırıqsa, deməli, satıcı hədəfinə nail olub. Burada qazanan tərəf satış edəndir. 

Bu barədə Bizim-Media ilə həmsöhbət olan sosioloq Lalə Mehralının, fikrincə, bir çox hallarda alınmayan nə varsa, bayram endirimləri adı altında satılır: 

“Bu da marketinq hiyləsidir. Təəssüf ki, özünü aldanmaz hesab edən hər kəsin bu tələyə düşmə ehtimalı var. Düzdür, bayram axşamı süfrədə bolluq istəyir, əzizlərimizi sevindirməyə çalışırıq.

Amma ehtiyacımız olmayan şeyləri almamağa diqqət etməliyik. Çox yemək, daha zəngin süfrə açmaq bayramın məğzi deyil. Bayram sevdiklərinlə bir süfrə arxasında sağlam canla, gülərüzlə oturmaqdır. Buna görə, çox pul xərcləməyə, borca-xərcə düşməyə ehtiyac yoxdur”. 
Bir sözlə, bayram günlərindən sonra da əhvalımızın xoş olması, nəyəsə görə peşmanlıq yaşamamağımız üçün bu günlərdə büdcəyə nəzarət etməyimiz önəmlidir. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin