KARQO BAZARINI necə tənzimləməli? – Ekspertdən TƏKLİF 

Hazırda oxunan: KARQO BAZARINI necə tənzimləməli? – Ekspertdən TƏKLİF 

112575

“Tələblərin yumşaq olması bazarı qeyri-peşəkar şirkətlərlə doldurub. Kiçik bir ofisin, bir əməkdaşın olması, 1600 manat rüsum ödənilməsi kifayət edir ki, şirkət açılsın. Karqo şirkətlərinin sayı təəsüf ki, 200-ə çatıb. Bazar elə də böyük deyil ki, 200-ə yaxın poçtdaşıma şirkəti olsun”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası" sədri Şaiq Qəribzadə bildirib. O, Azərbaycanda karqo şirkətlərinə tələblərin sərtləşdirilməsini təklif edib.

İqtisadçı Fərid Mehralızadə isə qeyd edir ki, əgər karqo bazarını tənzimləmək lazımdırsa, burada tənzimləyici akt bazara girməklə bağlı yox, keyfiyyət standartları ilə bağlı olmalıdır. 

“Bəzi hallarda təkliflər irəli sürülür ki, bazarda ancaq böyük şirkətlər olsun, amma bu liberal iqtisadiyyatın tələblərinə cavab verən tədbir deyil. Bazara giriş qaydaları hər kəs üçün eyni və bərabər olmalıdır. Az kapitalı olan şirkət az investisiya edəcək və daha az müştəriyə çıxış edə bilər, bu təbiidir.
Əgər burada tənzimləmə ilə bağlı bir məsələdən söhbət gedərsə, keyfiyyətlə bağlı qaydalar müəyyən edilsin və karqo şirkətləri minimum keyfiyyət standartlarına cavab versin”.

Ekspert bir bazarda çox sayda oyunçunun olmasını problemli hesab etmir:

“Karqo bazarı Azərbaycanda inkişaf edib və xaricdən məhsul sifarişinə böyük tələbat var. Beləliklə, bazarda şirkət sayı artdıqca qiymət normal halda istehlakçılara sərf edəcək. Böyük şirkətlər fərq yaratmaq üçün daha rəqabətli strategiya qurmalıdırlar, nəinki kiçik şirkətlərin bazara girişini məhdudlaşdırmalıdırlar. Əgər karqo bazarının mexanizminə dəyişiklik olmalıdırsa, düşünürəm ki, bu keyfiyyət standartlarının düzgün müəyyənləşdirilməsi ilə bağlı olmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin