İKT sahəsində Azərbaycanda bu il nələr baş verdi? - MARAQLI MƏQAMLAR 

Hazırda oxunan: İKT sahəsində Azərbaycanda bu il nələr baş verdi? - MARAQLI MƏQAMLAR 

112574

2022-ci il də başa çatır. Bəs bu il rəqəmsal sektorda, elektron hökumət quruculuğunda, innovasiya və startap ekosistemdə ən yaddaqalan hadisələr hansılar olub?

Bu suala Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz aydınlıq gətirib.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, bu sektorun ən yaddaqalan hadisəsi Prezidentin fərmanı əsasında eGov səlahiyyətlərinin ASAN-dan alınaraq yenidən RİNN-ə verilməsi olub:

“Düşünmək olar ki, srktorun ən diqqətçəkən məsələlərindən biri də İT şirkətlərə, bu sahədə çalışan yerli və xarici vətəndaşlara vergi, gömrük, sosial və miqrasiya güzəştlərinin qəbulu olub.

Daha bir əhəmiyyətli hadisə isə RİNN tabeliyində İKT sektorunun iki yeni Agentliyinin yaradılması və fəaliyyətə başlaması olub. Nizamnamələri cari ildə təsdiqlənən, əvvəlki İnnovasiyar Agentliyi əsasında yaradılan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi artıq fəaliyyətə başlayıb.

Sektorda tənzimləyici funksiyanı yerinə yetirəcək İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi isə hazırda formalaşma mərhələsindədir”.

Osman Gündüz onu da qeyd edib ki, cari il dövlət sektorunda informasiya təhlükəsizlyinə və kibertəhlükəsizliyə, kritik infrastrukturun güclənməsinə diqqətin artması, DTX və XRİTDX-nin yeni səlahiyyətlər əldə etməsi ilə yaddaqalan olub:

“Sektora cavabdeh quruma, XRİTDX-nə yeni rəhbər təyin edilib. Daha çox hərbi və məxfi təyinatlı olan qurum media və cəmiyyət üçün daha əlçatan olacağını açıqlayıb. İl ərzində kibertəhlükəsizlik sektorunda ictimai institutlaşma da güclənib. Bununla belə MİDA sisteminin bir neçə dəfə çökməsi də sektorda bəzi problemlərin də olması ilə yadda qalıb. Bundan başqa cari ildə XRİTDX Naxçıvanın dövlət sektorunu Gov.az zonasına da daxil etməyə başlayıb”.

Forum rəhbəri onu da bildirib ki, rəqəmsal bacarıqların və İKT sahəsində kadrların hazırlanması sahəsində işlərin canlanması da cari ildə diqqətçəkən olub:

“Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası, "İnnovasiyaların inkişafı haqqında Strategiya", DRONLARIN qeydiyyatı və istifadəsi Qaydaları, Vençur maliyyələşmə və vençur fondlar haqqında Qanun, Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə Qaydaları, Distant təhsilin təşkili Qaydaları və s. bu il də qəbul edilməyib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin