Müğənni Nadir Qafarzadə gəlini Əntiqə ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi oğlu Loğmanın həyat yoldaşının ona və qayınanasına aldığı Yeni il hədiyyələrinin görüntüsünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Əntiqə müğənni qaynatasına üstündə şəkli olan “Dünyanın ən qayğıkeş, zəhmətkeş atası və qayınatası” sözləri yazılan köynək bağışlayıb. Nadir gəlinindən aldığı hədiyyəyə “Bu gəlinlər bir başqa aləmdir” şərhini yazıb.
Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ötən ilin dekabrında ailə qurub. Müğənninin Əziz adında daha bir övladı var. Moskvada yaşayan Əziz müğənni kimi fəaliyyət göstərir.
Rəşad Əliyev, Bizim.Media