Sevda ayaqqabı almaq üçün mağazanın altını üstünə çevirdi - VİDEO

Hazırda oxunan: Sevda ayaqqabı almaq üçün mağazanın altını üstünə çevirdi - VİDEO

112396

Dekabrın 19-da ana olan müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birgə alış-verişə yollanıb.

Bizim.Media xəbər verir ki, “Valentino”dan “şoppinq” edən sənətçi ayaqqabı seçmək üçün butiki “ələk-vələk” edib.

Səhnə üçün hündürdabanlı sözügedən lüks markanın ayaqqabısını geyinib-çıxardan Yahyayeva əri Bayramovla rəng seçimində qərarlaşa bilməyib.

Sevda gah qara, gah çəhrayı, gah da ki qızılı rəngli ayaqqabını geyinərək butiki altını-üstünə çevirib.

Sonunda isə müğənninin seçimi çəhrayı rəngli hündürdaban ayaqqabı olub. Həmin anları isə Sevda Yahyayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin