Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bu gün Ukraynaya məxsus “S-300” sisteminə aid raketin Belarus ərazisinə düşməsi səbəb olub.
Səfirə məsələ ilə bağlı kəskin etiraz bildirilib.
“Belarus hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Belarus tərəfi məsələyə ciddi yanaşır. Biz Ukrayna tərəfindən tələb etdik ki, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün”, - deyə XİN-dən qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:00 / 29.12.2022
Ukraynalı səfir Belarus XİN-ə ÇAĞIRILDI - SƏBƏB
Hazırda oxunan: Ukraynalı səfir Belarus XİN-ə ÇAĞIRILDI - SƏBƏB
Hazırda oxunan: Ukraynalı səfir Belarus XİN-ə ÇAĞIRILDI - SƏBƏB
112368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.