Bu il Azərbaycanla Türkiyə arasında genişmiqyaslı müttəfiqlik DAVAM ETDİRİLİB 

Hazırda oxunan: Bu il Azərbaycanla Türkiyə arasında genişmiqyaslı müttəfiqlik DAVAM ETDİRİLİB 

112334

"2022-ci ildə Azərbaycanla Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri uğurla davam edib". 

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında bildirilib. 

"2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki ölkənin Parlamentləri tərəfindən ratifikasiya olunaraq, cari ilin fevral ayında qanun kimi qüvvəyə minib.  

Saziş Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişafı üçün zəmin yaradıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 26-29 may 2022-ci il tarixində Bakıda keçirilmiş “Teknofest Azərbaycan” festivalında və 20 oktyabr 2022-ci il tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 10 mart 2022-ci il tarixində Ankaraya işgüzar səfəri, 14 may 2022-ci ildə Rize-Artvin Hava Limanının və 9 avqust 2022-ci ildə Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirakı xüsusilə qeyd olunmalıdır.  

Bundan əlavə, 4 noyabr 2022-ci ildə Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib", - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin