Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi məlum oldu

Hazırda oxunan: Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi məlum oldu

11233

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, niderlandlı Aniş Giridir. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.
 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər


1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin