Paşinyandan Moskvaya ultimatum: “Laçın yolundakı vəziyyətlə bağlı izahat versin”

Hazırda oxunan: Paşinyandan Moskvaya ultimatum: “Laçın yolundakı vəziyyətlə bağlı izahat versin”

112261

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb.

Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, “Qarabağda yaşayan ermənilər qarşısında konkret öhdəliklər götürmüş Rusiya Federasiyası vəziyyəti necə qiymətləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir”.

“Bu, Ermənistan və Qarabağ ictimaiyyətinin Rusiyadan cavab gözlədiyi sualdır. Xatırlatmaq istəyirəm ki, o, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”, - baş nazir bildirib.
Paşinyan hesab edir ki, “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT mandatı almaq üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin