Bu günlərdə Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə regionun proqramlaşdırma üzrə ən böyük müsabiqəsi olan "Kod saatı: Rəqəmsal Gələcəyə Addım 2022-ci il"in final mərhələsi keçirilib.
Ümumilikdə 20 000, yekun mərhələdə isə 300 nəfər şagirdin mübarizə apardığı müsabiqənin final mərhələsində Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 7 nəfər şagird iştirak edib.
Bu barədə Bizim.Media-ya Şəki-Zaqatala regional təhsil idarəsindən məlumat verilib.
Bildirilir ki, "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi respublika müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Müsabiqənin nəticələrinə əsasən, Şəki şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Ömər Vahablı II yerə və Şəki şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Abduləhəd Məhərrəmov III yerə layiq görülüb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 29.12.2022
Şəki məktəbliləri respublika müsabiqəsinin qalibi olub - FOTO
Hazırda oxunan: Şəki məktəbliləri respublika müsabiqəsinin qalibi olub - FOTO
Hazırda oxunan: Şəki məktəbliləri respublika müsabiqəsinin qalibi olub - FOTO
112230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.