Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.
Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.
Sonra şəxsi heyətlə görüşən general-leytenant N.Osmanov onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb və bayram hədiyyələri təqdim edib.
Daha sonra müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən birləşmiş anbarlarda olublar.
Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.
Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.
Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobilllərinin saxlanması üçün park mövcuddur.
Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub.
Sonda hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti şəxslərə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:41 / 29.12.2022
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO
Hazırda oxunan: Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO
Hazırda oxunan: Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTO
112228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.