Zaqatala uşaq və ailələrə dəstək mərkəzinin kollektivi qarşıdan gələn bayramlar münasibəti ilə bir sıra layihələr həyata keçirir.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Mərkəzin qeydiyyatındakı sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
İki saat davam edən şənlikdə uşaqlar əsl bayram sevinci yaşayıb.
Mərkəzin kollektivi bu dəfəki bayram proqramına rayonun şəhid və qazi ailələrinin övladlarını da dəvət etməklə onların da könlünü alıb, əylənmələri üçün bütün imkanlardan istifadə edilib.
Balacalar həmrəyliyə, yeni ilə, şəhidlərə dair şerlər söyləyib, rəqs edib. Sözsüz ki, şənlik Şaxta baba və Qar qızın gəlişi ilə daha da canlanıb. Klonlar uşaqlarla əyləncəli oyunlar keçirib, onların bayramını təbrik edərək müxtəlif hədiyyələr paylayıblar.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 29.12.2022
Zaqatalada qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirildi
Hazırda oxunan: Zaqatalada qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirildi
Hazırda oxunan: Zaqatalada qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirildi
112227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.