Ölkədə koronavirusa 90 yeni yoluxma VAR  

Hazırda oxunan: Ölkədə koronavirusa 90 yeni yoluxma VAR  

112167

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. 

İndiyədək ölkədə ümumilikdə 826 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 641 nəfər müalicə olunaraq sağalıb, hazırda 516 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib. 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2082, bu günə qədər isə ümumilikdə 7 425 687 test icra olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin