Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikinti işləri yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin (yanaşma yollar ilə birgə) ümumi uzunluğu 420 metr təşkil edir.
Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və eni 1.20 metr olmaqla piyada səkilərinin inşası da layihə üzrə həyata keçirilib.
Tuneldaxili yolun eni hər iki istiqamət üzrə 4 metr, yan yolların eni 5-7 metr, hərəkət hissəsinin eni 4-6 metrdir.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 28.12.2022
Tovuz şəhərində yeni avtomobil tuneli inşa edildi - VİDEO
Hazırda oxunan: Tovuz şəhərində yeni avtomobil tuneli inşa edildi - VİDEO
Hazırda oxunan: Tovuz şəhərində yeni avtomobil tuneli inşa edildi - VİDEO
112137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.