11 yaşlı qıza nişan edən valideynləri azı 7 il həbs gözləyir – GÜRCÜSTAN QANUNVERİCİLİYİ

Hazırda oxunan: 11 yaşlı qıza nişan edən valideynləri azı 7 il həbs gözləyir – GÜRCÜSTAN QANUNVERİCİLİYİ

11213

Son zamanlarda Gürcüstanda qız qaçırtma, zorakılıq, erkən nigah hallarının baş verməsi gündəmi narahat edir. Gürcüstanın Soğanlıq kəndində baş verən hadisə isə bir daha hər bir azərbaycanlını utanc hissi ilə boğdu.

Bu fikirləri Bizim.Media-ya ictimai fəal Nərgiz Əliyeva səsləndirib.

 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü - ÖZƏL


Bildirir ki, erkən nigahın yaratdığı fəsadlar cəmiyyət üçün bir faciə olduğunu bizim dərk etdiyimiz kimi azyaşlıların ailələri də anlamalıdır:

“Mən araşdırdım Gürcüstan qanunvericiliyinə görə həmin ailəni ciddi cəzalar gözləyir. Onların Cinayət Məcəlləsinin iki maddəsi ilə cəzalana bilərlər. Qeyd olunur ki, yetkinlər yaşına çatmayan qızları nigaha təklif edənləri 7 ilə kimi cəza gözləyir”.

İctimai fəal əlavə edir ki, regionlarda olan valideynləri maarifləndirmək lazımdır:

“İctimaiyyətin bütün statusunda olan insanlar bu işdə yumruq kimi birləşməlidir. Bizim icmamız və toplum arasında təşkilatlanma güclənməlidir".

"Bəzi kəndlərdə qızlar 5-ci sinifdən sonra məktəbə getmirlər, valideynləri tərəfindən təhsildən yayınırlar. Biz uşaqların təbii hüquqlarının pozulmasının qarşısını almalıyıq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin