ASCO istiqrazlarından əldə olunan gəlir hansı istiqamətə xərclənəcək?

Hazırda oxunan: ASCO istiqrazlarından əldə olunan gəlir hansı istiqamətə xərclənəcək?

112102

"ASCO istiqrazlarından əldə olunan vəsait ciddi texniki, iqtisadi əsaslandırmalar əsasında hazırlanmış layihələrə yatırılacaq". 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə keçirilən tədbirdə ASCO sədri Rauf Vəliyev jurnalistlərin sullarını cavablandırarkən deyib.

O qeyd edib ki, istiqrazların buraxılması müəyyən məqsədlər üçün həyata keçirilir: 

“Xəzər Dəniz Gəmiçiliyinin strateji inkişaf planına uyğun olaraq, yeni gəmilərin inşası, yeni bazarlara çıxış, yeni daşıma seqmentlərinə daxilolma ilə bağlı hədəflərimiz var. Həmin hədəflərə çatmaq üçün həmin vəsaitdən istifadə olunacaq. İstənilən halda vəsait ciddi texniki, iqtisadi əsaslandırmalar əsasında hazırlanmış layihələrə yatırılacaq. Bu, potensial səhmdarlarımıza qoyduqları vəsaitin çox düzgün, şəffaf və effektiv idarə olunmasına dair inam verəcək". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin