İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüb - FOTO

Hazırda oxunan: İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüb - FOTO

112051

İranda davam edən etirazlar fonunda Hormozqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə dekabrın 25-də Hormozqan əyalətinin Lamərd-Bəstək yolunda baş verib.

Minik avtomobilinin polislərin "dayan" əmrinə tabe olmadığı üçün atəşə tutulduğu bildirilir.

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin