Rusiya prezidenti Vladimir Putin deyib ki, dünən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla MDB sammitində birgə söhbət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Smotri-Media” Telegram kanalında yer alıb.
"Dünən biz (Putin, İlham Əliyev və Paşinyan) söhbətə başladıq və üçümüz danışa bildik. Əsasən Cənubi Qafqazda vəziyyətin nizamlanmasını, Qarabağla bağlı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini müzakirə etdik".
Putin bu fikirləri Ermənistanın baş naziri ilə ikitərəfli görüşdə səsləndirib.
Mənbə qeyd edir ki, Putin Paşinyanla söhbətində “Dağlıq Qarabağ” ifadəsini işlətməyib.
Paşinyan isə Putinə şikayət edib: “Laçın dəhlizinə 20 gündür Rusiya sülhməramlıları nəzarət etmir, problemin həlli yollarını axtarmalıyıq”.
Bizim.Media