Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində keçirilən görüşlərdə üzv dövlətlər arasında hər dəfə müxtəlif narahatlıqlar, fikr ayrılıqlarının olduğu üzə çıxır. Uzun illər MDB üzvü olan Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb.
İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də, Bakı ilə İrəvan arasında münasibətlərdə hələ də gərginlik qalmaqdadır.
Moldova da separatizmlə qarşı-qarşıyadır. Quruma üzv digər dövlətlər, Tacikistanla Qırğızıstan, Daşkəndlə Bişkek arasında da kəskin ziddiyyətlər mövcuddur. Bunların fonunda hamının Rusiyaya qarşı olan münasibəti isə tam ayrı mövzudur.
Amma maraqlıdır ki, qurum daxilində baş tutan görüşlərdə tərəflər sadəcə bu narahatlıqları bəyan etməklə kifayətlənirlər.
Onların həlli istiqamətində isə indiyə qədər real addımların atıldığının şahidi olmamışıq. MDB-nin son Sankt-Peterburq sammitində Rusiya Prezidenti Putin də həmin narahatlıqlara işarə edərək bildirdi ki, təhdidlər və çağırışlar artdıqca MDB üzvləri arasında fikir ayrılıqları yaranır.
Görəsən, MDB iclaslarında elan olunan narahatlıq və ziddiyyətlərin bu qurum daxilində həlli yolları varmı?
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov MDB-nin siyasi qərarlar qəbul edən qurum olmadığını əsas gətirərək bildirir ki, təşkilat öz daxilində səslənən fikir ayrılıqları və narahatlıqları həll etmək gücündə və istəyində deyil:
“MDB-də qəbul olunan qərarların mütləq əksəriyyəti heç də bütün dövlətlər tərəfindən dəstəklənmir. Məsələn, yadımdadır ki, keçən əsrin 90-cı illərində Azərbaycan MDB məkanında verilən qərarların cəmi 12 faizinə qoşulub.
Quruma üzv digər ölkələrdə də anoloji vəziyyət hökm sürür. MDB siyasi qərarlar qəbul edən qurum deyil. Ondan yeganə olaraq ancaq siyasi meydan kimi istifadə edirlər. Görüşür və müxtəlif məsələləri müzakirə edirlər.
Bundan artıq qurumun hansısa işə yaradığının şahidi olmamışam. İndi də qurum daxilində əvvəlki vəziyyət təkrarlanır. MDB toplantılarında üzv dövlətlər ikitərəfli və çoxtərəfli məsələlərə aid bir sıra narahatlıqları, fikir ayrılıqlarını bəyan edirlər. Amma burada iş sadəcə olaraq həmin narahatlıqları səsləndirməklə bitir.
MDB-nin fəaliyyəti göstərir ki, qurum üzv dövlətləri arasında yaşanan narahatlıqları, fikir ayrılıqlarını həll etmək gücündə, imkanında, hətta deyərdim bir sıra məqamlarda istəyində də deyil. MDB bu məsələdə gücsüzdür”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:20 / 27.12.2022
Tofiq Zülfüqarov: “MDB hər hansı siyasi qərarın qəbul edildiyi platforma deyil”
Hazırda oxunan: Tofiq Zülfüqarov: “MDB hər hansı siyasi qərarın qəbul edildiyi platforma deyil”
Hazırda oxunan: Tofiq Zülfüqarov: “MDB hər hansı siyasi qərarın qəbul edildiyi platforma deyil”
111898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.