“YAŞAT” Fondu qazini eşitmə aparatı ilə təmin etdi - FOTO

Hazırda oxunan: “YAŞAT” Fondu qazini eşitmə aparatı ilə təmin etdi - FOTO

11186

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, qazi Qurban Ələkbərli “YAŞAT” Fondu tərəfindən müasir eşitmə aparatı ilə təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki onlayn satışdan YAŞAT Fonduna ianə köçürülüb


Şəhidimiz Kamran Qasımovun anası Naila Qasımovanın, şəhidimiz Teymur Həsənovun atası Mahal Həsənovun əməliyyat xərcləri, şəhidimiz Valeh Bədəlovun atası Vahid Bədəlovun isə müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin