“Şir evdən qaçdı”nın Rusiya versiyası real həyatda – VİDEO

Hazırda oxunan: “Şir evdən qaçdı”nın Rusiya versiyası real həyatda – VİDEO

11185

Rusiyanın Sankt-Peterburq şəhərində qadın öz mənzilində şir saxlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Peterburq şəhərində polis bir qadının evindən 4 aylıq şir balasını aparıb.

“Velesa” heyvan müdafiəçiləri qadının qanunsuz şir saxladığını fotosessiyadan anlayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Beləliklə, polis evə baxış zamanı 4 aylıq yırtıcını qadının əlindən alıb. Məlum olub ki, sözügedən şəhərə bu heyvanı qanunsuz yollarla gətiriblər.  

Faktla bağlı araşdırmalar aparılır. Hələki ətraflı informasiya verilmir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin