Zaqatalada kişi ov tüfəngindən açılan atəşdən ÖLDÜ  

Hazırda oxunan: Zaqatalada kişi ov tüfəngindən açılan atəşdən ÖLDÜ  

111814

Bu gün axşam saatlarında Zaqatalanın Lahıc kəndi yaxınlığındakı meşəlik ərazidə kənd sakini 29 yaşlı Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.  

Bildirilib ki, meşəlik ərazidə kənd sakini 29 yaşlı Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb və hadisə yerinə göndərilib.  

İlkin istintaq və təhqiqat prosedurları həyata keçirilib. Nəticədə Cavidan Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində öldüyü məlum olub.  

Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin