İranın şərq əyalətinin Azərşəhr bölgəsində yerləşən boya fabrikində partlayış baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb.
Qızıl Aypara Cəmiyyətinin Baş direktoru Həmid Mencem hadisə ilə bağlı açıqlama verib:
“Bu gün yerli vaxtla saat 12:42-də Azərşəhr bölgəsində yerləşən boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb.
Hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir”.
Bizim.Media
- A-
- A
- A+
Region
21:08 / 26.12.2022
İranda fabrikdə PARTLAYIŞ – 65 yaralı var
Hazırda oxunan: İranda fabrikdə PARTLAYIŞ – 65 yaralı var
Hazırda oxunan: İranda fabrikdə PARTLAYIŞ – 65 yaralı var
111798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.