"Bu gün "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində məktəblərimizdə 300 min şagird proqramlaşdırma öyrənir".
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir özünün “Facebook” hesabından etdiyi paylaşımda məktəblərdə təhsil alan şagirdlərin rəqəmsal bacarıqlarının növbəti illərdə daha da artacağına əminliyini ifadə edib:
""h0ur_of.(ode:" – ilk baxışdan anlaşılmaz görünə biləcək bu "işarələr" Azərbaycanın gələcək nəslinin uğuruna işarə edir. Bu gün "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində məktəblərimizdə 300 min şagird proqramlaşdırma öyrənir. Bu göstərici növbəti illərdə bir xeyli artacaq.
Əgər ölkənin məktəblərində 300 min uşaq kodlaşdırma öyrənirsə, mütləq ki, bizi daha uğurlu rəqəmsal gələcək gözləyir. Sadəcə, bir az səbirli olmalı və müəllimlərimizlə bu faydalı işi hər gün görməyə davam etməliyik".
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:25 / 26.12.2022
"Bizi daha uğurlu rəqəmsal gələcək gözləyir" - Emin Əmrullayev
Hazırda oxunan: "Bizi daha uğurlu rəqəmsal gələcək gözləyir" - Emin Əmrullayev
Hazırda oxunan: "Bizi daha uğurlu rəqəmsal gələcək gözləyir" - Emin Əmrullayev
111793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.