“İribuynuzlu heyvanlarla yeni virus yayacaqlar” – Mütəxəssisdən ŞOK PROQNOZ

Hazırda oxunan: “İribuynuzlu heyvanlarla yeni virus yayacaqlar” – Mütəxəssisdən ŞOK PROQNOZ

111764

2023-cü ildə dünya bazarında süni ətin satışa çıxarılması proqnozlaşdırılır. Maraqlıdır ki, süni əti təbii mənşəli ətdən faydalı hesab edənlər var. Onların fikrincə, heyvanlar üçün istifadə olunan antibiotiklərin böyük hissəsi qidalanma ilə bədənimizə daxil olur. Süni ət isə bu cür qatqılardan kənarda qaldığına görə, faydalı ola bilər. 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran qida mütəxəssisi Ağa Salamov isə bu fikirlərlə razılaşmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, süni ətin bazarlara çıxarılmasında bir çox hallarda dünya əhalisinin sayının artması, ərzaq böhranı səbəb kimi göstərilsə də işin əsli fərqlidir: 

“Bu proses 2010-cu ildən başlayıb. Bu haqda özüm də daxil olmaqla bir çox mütəxəssislər danışsalar da heç kimin süni ətin satışının qarşısını almağa gücü çata bilməz.
Lakin bilməliyik ki, süni şəkildə yaradılan su qıtlığı, yemin qiymətinin artırılması və s. məhz heyvanların məhvinə hesablanıb. Bunlar hamısı düşünülmüş addımlardır.

BMT-nin Qida və kənd təsərrüfatı təşkilatına (FAO) görə, heyvandarlıq sənayesi qlobal istiləşməyə səbəb olan istixana qazı tullantılarının 15 faizinə cavabdehdir. Bu rəqəm nəqliyyat vasitələrinin karbon tullantılarından daha yüksəkdir.

Bu cür əsaslandırmalarla iribuynuzlu heyvanları məhv etməyə, süni ətə tələbatın daha çox yaranmasına çalışırlar. Yəqin ki gələcəkdə insanlara iribuynuzlu heyvanlarla yoluxan virus olacaq. Bu da süni şəkildə onların məhvinə gətirib çıxaracaq”. 

Mütəxəssis qeyd edib ki, süni ətdə “solor food” adlı sintetik məhsul olduğuna görə, onunla qidalanan insan orqanizmi proqramlaşdırmaya meyilli olur: 

“Danimarkada bir şirkət 2010-cu ildə solein adlı protein istehsal edib. Günəş enerjisi ilə istehsal olunan proteinə "Solar food" adı verilib. Həmin maddəni süni ətin tərkibində rahatlıqla istehlak edən insanın orqanizmi təbii ətlə qidalanan orqanizmdən fərqli olaraq proqramlaşdırmaya meyilli olur.
Bu da orqanizmin immun sistemini bərpa etmək və ya aşağı salmaq üçün vasitədir.
Süni ət təbii əti nə əvəzləyə bilər, nə də ondan faydalı ola bilər. Sintetik olduğuna görə insan orqanizminə yaddır. Buna görə faydalı ola bilməz”, - deyə Ağa Salamov qeyd edib. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin