Novruz Bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Hazırda oxunan: Novruz Bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

11174

Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə  Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətidir:

“Ənənəvi olaraq, hər il Novruz bayramında Prezident tərəfindən əfv sərəncamı imzalanır. Sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub.

Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı.

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində böyük bir qələbə qazandı, ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdi. Bu, böyük qələbədir. Bu qələbə münasibətilə də düşünürəm ki, əfv sərəncamının imzalanması gözləniləndir”.

Ə. Nuriyev deyib ki, qarşıdakı aylarda amnistiya aktının da qəbul ediləcəyi gözləniləndir:

“Bu, hazırda cəmiyyətdə çox müzakirə olunan mövzulardan biridir”.

Əfv Komissiyasının üzvü onu da qeyd edib ki, indiyə qədər hələlik komissiyanın iclası keçirilməyib.(APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin