Bakıda ölümlə üz-üzə qalan fotoqraf: “Yerimdə başqası olsaydı...”

Hazırda oxunan: Bakıda ölümlə üz-üzə qalan fotoqraf: “Yerimdə başqası olsaydı...”

111694

Ötən gün müğənni Ayaz Babayevin “Dəniz Mall” Ticarət Mərkəzində baş tutan konsertində suya düşən fotoqraf Tariyel Hüseynov hadisə ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Dəniz mall”da suya düşən fotoqrafı mühafizəçi belə xilas etdi - VİDEO


“Sözüm “Şoudur” - deyib gülənlərədir. Allah heç kimə o anı yaşatmasın. Düşünün, üzməyi bilməyən, ürəyində problemi olan adam və 1 dəqiqə suda qalmaq...

Sadəcə Allahın möcüzəsi oldu. Fotoaparatı da buraxmamağıma səbəb o oldu ki, düşündüm ki, çıxacağamsa, aparatı da xilas edərəm bəlkə. Həmin anın şoku, stresi və s. sözlə ifadə etsəm də, anlamazsınız. Yerimdə başqası olsaydı, bəlkə də haqqın rəhmətinə qovuşmuşdu.

Hər şey “Çukur” serialındakı “Sena”nın ölümü kimi idi. Göz görə-görə heç nə edə bilmirdilər. Onsuz da hamı məni xilas etmək üçün özünü suya atardı. Bəlkə də məni çıxarmaq üçün hovuza tullansaydılar, özləri batardılar. Yaxşı ki, üzməyi bacarmayan kimsə özünü hovuza atmadı. Şükür hər şey yaxşı qurtardı”, deyə o, qeyd edib.

Xatırladaq ki, müğənni Ayaz Babayev də bununla bağlı “Instagram” hesabında “Bəzi insanlar məni qınadı ki, niyə suya tullanmadım?

Beldən aşağı suya girə bilmirəm, üzməyi bacarmıram və üstəlik elə bir şok yaşadım ki, 28 ilimin ən bərbad günü oldu. Mühafizə orada idi, müdaxilə edirdilər”, - deyə, paylaşımında yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin