Xameneinin həbsdə olan bacısı qızı aclıq AKSİYASINA BAŞLADI 

Hazırda oxunan: Xameneinin həbsdə olan bacısı qızı aclıq AKSİYASINA BAŞLADI 

111670

İranın dini rəhbəri Xameneinin Qərçək zindanında həbs cəzası çəkən bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani tvitter hesabında məlumat yayıb.

"Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir", - deyə qardaşı bildirib.
Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin