Dağıdıcı zəlzələ gözlənilirmi? – RƏSMİ CAVAB

Hazırda oxunan: Dağıdıcı zəlzələ gözlənilirmi? – RƏSMİ CAVAB

11165

“Zəlzələ hər gün olur. Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 10-20, 30-40 xırda təkanlar qeydə alınır. Bunlar arasında hiss olunan və olunmayanlar var. Zəlzələnin hiss olunması dərinlikdən asılıdır. Yaxın günlər üçün qorxulu, dağıdıcı və maqneturası 7 bal gücündə olacaq zəlzələ ehtimalı yoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli baş verən gündəlik təkanlardan və güclü zəlzələ gözləntisindən danışarkən qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda baş verən vulkan püskürməsi torpaqlara fayda verəcək - RƏY

Hacıqabulda zəlzələ oldu


Onun sözlərinə görə, Azərbaycan üçün ən aktiv bölgə Şamaxıdır:

“Orada cavan dağların əmələ gəlmə prosesi gedir və blokların hərəkəti daha intensivdir. Ən çox zəlzələlər də məhz həmin bölgədə baş verir”. 

Yerin daxilinin hər zaman hərəkətdə olduğunu vurğulayan Qurban Yetirmişli il ərzində baş verən təkanların sayının artmasını baş verən hərəkətlənmələrə görə dəyişdiyini bildirib:

“Müəyyən bir dövrdə hansısa zona digəri ilə müqayisədə daha aktiv olur. Aktiv zonada baş verən zəlzələlərin və ayrılan enerjilərin sayı daha çoxdur. 

Yer daxilində plitələrin proses dəyişimindən söhbət gedir. Plitələrin daxilində parşalanmış bloklar var. Bloklar həm horizontal, həm də vertikal hərəkətdədir.

Qabağdakı plitənin sürəti arxadakından az olduğuna görə kritik anda sıxılma gedir və tektonik qırılma nəticəsində böyük lay dəstəsinin parçalanması baş verir.

Bu da dalğa formasında yer üzərində öz təzahürünü göstərir. Onların ölçüləri böyük olarsa, zəlzələnin balı hissolunma dərəcəsinə görə çox olur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin