Prezidentin Naxçıvandakı nümayəndəsi: “Qapım həmişə üzünüzə açıqdır”

Hazırda oxunan: Prezidentin Naxçıvandakı nümayəndəsi: “Qapım həmişə üzünüzə açıqdır”

111648

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünəndən etibarən sıravi naxçıvanlılarla görüşlərə başlayıb. 

Bizim.Media yenisabah.az-a istinadən xəbər verir ki, Naxçıvanın yeni rəhbərinin əhali ilə ilk təmasları qeyri-rəsmi mühitdə baş tutub.

Belə ki, Fuad Nəcəfli dünən axşam saatlarında Naxçıvanın mərkəzi küçələrində gəzintiyə çıxıb. O, sıravi insanlarla görüşərək, onların qayğılarını dinləyib, arzu və istəkləri ilə tanış olub. Fuad Nəcəfli onunla xatirə şəkli çəkdirmək istəyən Naxçıvan sakinlərinin bu arzusunu həyata keçirib.
Dünən axşam saatlarından başlayaraq, naxçıvanlı sosial şəbəkə iştirakçıları yeni rəhbərlə şəkillərini müxtəlif platformalarda paylaşıblar.

Naxçıvan sakinlərindən biri deyib ki, Prezidentin səlahiyyətli nümayəndəsi qapısının onların üzünə həmişə açıq olduğunu deyərək, problemlərinin həlli üçün birbaşa onun özünə müraciət etməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin