Yeni açılan Bakı-Quba yolunun kənarı niyə təmizlənmir? - FOTOFAKT

Hazırda oxunan: Yeni açılan Bakı-Quba yolunun kənarı niyə təmizlənmir? - FOTOFAKT

111551

Bakı-Quba yolunun bərpa işləri gedən hissəsinin 64 km-nin istifadəyə verilməsi barədə məlumat vermişdik.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, yolun qalan 3 km hissəsində bərpa işləri 2023-cü il yanvar ayının 10-dək başa çatacaq.

Yeri gəlmişkən, açılışdan bir gün əvvəl Bakı-Quba yolunun ikitərəfli olan hissəsinin Xızı rayonu  ərazisində yol kənarlarının zibilli olması Bizim Media-nın əməkdaşının diqqətini çəkib.
Belə ki, yol işçiləri yolun o tayında əziyyətlə iş aparır, bu tayında isə ikitərəfli yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər əlinə düşən zibili yerə atırlar. 

Artıq Bakı-Quba yolunda hər iki istiqamətində avtomobillər normal hərəkət edirlər.

Vətəndaşlarımızın yolun hər iki tərəfində təmizliyə riayət etmələri mütləqdir. Unutmayaq ki, bu, beynəlxalq əhəmiyyətli yoldur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin