Xankəndidən Ermənistana 2 xəstə aparıldı

Hazırda oxunan: Xankəndidən Ermənistana 2 xəstə aparıldı

111537

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə dekabrın 25-də saat 08:30-da Edita Osipyan (kəskin diabet və ürək xəstəliyi), İrina Viktorovna Avetisyan (xərçəng) və onun həyat yoldaşı - Davit Avetisyan, oğlu Arthur Davidovic Avetisyan komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/ tibbi ləvazimatlar daşıyacaq. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin