Roza QƏZƏBLƏNDİ: "15 yaşlı bir uşağın sosial şəbəkədə nə işi var?" - VİDEO 

Hazırda oxunan: Roza QƏZƏBLƏNDİ: "15 yaşlı bir uşağın sosial şəbəkədə nə işi var?" - VİDEO 

111510

"İnsanlarda yalan, satqınlıq və ikiüzlülük məni çox əsəbləşdirir. Bu cür insanları həyatımdan bir dəfəlik silirəm. Onlar yanımda ola bilməzlər. Acı olsa da, amma doğrunu söyləsin".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, övladlarına 19 yaşına qədər sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyub:

"15-16 yaşında bir uşağın sosial şəbəkədə nə işi var? Övladlarım dörd ildir ki, sosial şəbəkələrdən istifadə edirlər. Yəni onlar 19 yaşı tamam olduqdan sonra sosial şəbəkələrdən istifadə etdilər. O zamana qədər onlara icazə verməmişəm. Baxmayaraq ki, müğənniyəm... Adətən bizim haqqımızda başqa-başqa sözlər danışırlar. Amma bizim özümüzün qanunlarımız var".

Roza sosial şəbəkələrdə izləyicilərin məşhurlar haqda yazdıqları təhqir dolu şərhlərə üsyan edib. Zərgərli "Instagram"da kimliyi bəlli olmayan kişi ilə söz savaşına çıxdığını açıqlayıb.

""Instagram" sosial şəbəkə platformasında hesabım təsdiqlənib ("mavi tık" - red.) özüm daxil oluram. Orada mənə xoşaqəlməz sözlər yazan şəxslə mesajlaşdım. Sual verirəm, "Sən məni tanıyırsan?" Bir kişiyə pis nələr demək olarsa, hamısını ona söylədim. Amma o şəxs yenə də öz telefon nömrəsini vermədi", - deyə Roza vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin